26 C
Baku
Monday, July 7, 2025

“Apple” payızda yeni “iPad mini” və “iMac” təqdim edəcək

“Apple” şirkəti 2021-ci ilin sonuna qədər iki məhsul təqdim edəcək – yeni nəsil “iPad mini” planşeti və “iMac” kompüteri. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Nəşrin redaktoru Mark Qurmanın sözlərinə görə, yeni “iPad Mini 6” köhnə “iPad Air” planşetinin üslubunda olacaq. Cihaz USB-C portu, Touch ID texnologiyası və şirkətin özü istehsal etdiyi M1 prosessoru ilə təchiz ediləcək.

Sonuncu dəfə 2019-cu ildə yenilənmiş “iPad Mini” ilə yanaşı, payızda “iMac” monoblokunun təqdimatı həyata keçiriləcək. Yeni kompüter M1X və ya M2 prosessoru və 27 düymlük ekranla təchiz ediləcək.

Xatırladaq ki, yeni “iPad” və “iMac” bu ilin aprelində təqdim edilib. “Apple” 11 və 12.9 düymlük planşetlərini, 24 düymlük kompüterini nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər