‘Apple’, ‘P&G’ və ‘Chanel’ şirkətlərinə işə düzəlmək üçün hara qəbul olmaq lazımdır?

0

The New York Times nəşriyyatında çox maraqlı bir məqalə dərc edilmişdir. Məqalənin mövzusu belə idi: Apple və P&G-dən Chanel və Louis Vuitton şirkətləri, daha tez-tez hansı biznes-məktəblərin məzunlarını işə götürürlər?

Dünya üzrə biznes-məktəblərdə təhsil almış insanların sayı 13 mindən çoxdur. MBA-nın populyarlığı ildən ilə artır. Bununla bağlı olaraq belə bir sual ortaya çıxır – necə edək ki, seçimimiz düzgün olsun? Hə, düzdür, siz İnternet sahəsində yerləşdirilmiş reytinqləri öyrənə bilərsiniz. Bu halda onlardan hansını əsas kimi götürmək lazımdır – The Financial Times? Businessweek? The Economists’s? Və məsələn, 6-cı və 7-ci yerlər arasındakı fərqi necə başa düşək?


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Siz elə düşünə bilərsiniz ki, Harvardın diplomu sizə dünyanın aparıcı şirkətlərində, Uorton diplomu Uolt-Stritdə yer almağa kömək edəcəkdir. Həqiqətən də, uzun müddət bu belə idi, lakin  zəmanə dəyişir.

Müasir dövrdə rəqəmlərə və konkret faktorlara əsaslanmaq lazım deyil.

1. Amazon-da işləmək?

Sizin seçiminiz – Ross School of Business (University of Michigan)

Təəccüblüdür: şirkət daha çox təcrübəli mütəxəssislərə deyil, biznes-məktəblərin məzunlarına üstünlük verir. 2014-cü ildə Amazon-un işə götürdüyü insanların əksəriyyəti biznes sahəsində təhsil alıblar (2013-cü il ilə müqayisədə 40% çox).Yeni əməkdaşların çox hissəsi Ross School of Business məktəbinin məzunudur.

Amazon Marketplace-in vitse-prezidenti olan Peter Faris qeyd edir ki, MBA təhsilini almış insanların hamısının bir ortaq cəhəti var – analitik düşüncə və problemləri həll etmə qabiliyyəti. Şirkət Ross School of Business biznes məktəbinin məzunlarına üstünlük verir. Belə ki, bu biznes-məktəbin bir neçə kursu Amazon-un fəaliyyət spesifikası ilə üst-üstə düşür.

Faris namizədlərə qarşı irəli sürülən tələblərdən biri də onun dinləmək qabiliyyəti, güclü peşəkar etika və təvazökarlıq kimi keyfiyyətlərə malik olmasını göstərir. əgər The Everything Store kitabını oxumusunuzsa, Jeff Bezos-un nə qədər çalışqan olduğunu bilirsiniz. Unutmayın ki, MBA – hələ başlanğıcdır.

2. McKinsey & Company-də işləmək?

Sizin seçiminiz – Kellong School of Management (Northwestern)

McKinsey & Company-də işləmək – biznes məktəbinə qayıtmaq kimi bir şeydir. Görünür ki, Kellong School of Management biznes-məktəbinin məzunları bu sınaqdan uğurla keçə bilirlər. Belə ki, 2014-cü ildə işə götürülən əməkdaşların 35%-i Kellong məktəbinin məzunudur.

Kellong məktəbindən başqa şirkət Deloitte, Bain Boston Consulting Group-a da üstünlük verir.

Biznes-məktəbin MBA proqramları üzrə dekan vəzifəsini icra edən Elisabeth Ziegler qeyd edir ki, adətən konsaltinq firmaları namizədlərdən iki bacarıq tələb edirlər: etibarlı münasibətlər qurmaq və istənilən bir problemi həll etmək bacarığı. Kellong məktəbin pedaqogikası komanda modelinə əsaslanır.

3. Apple-da işləmək?

Sizin seçiminiz – Fuqua School of Business (Duke)

Əvvəlki dövrlərdə Silikon Vadisində MBA dərəcəsini o qədərdə müsbət qarşılamırdılar: məlumdur ki, dahi bir ideyanı yaratmaq üçün, heç təhsilə ehtiyac yoxdur. Steve Jobs özü də kollec məzunlarına skeptik yanaşıb. Lakin Apple şirkətinin əsası qoyulandan sonra, hər şey dəyişdi.

Apple şirkətində çalışan top-menecerlərin onundan iksi Fuqua biznes-məktəbinin məzunudur. Korporasiyanın hazırkı CEO-su Tim Cook və vitse-prezidenti Jeff Williams da onların sırasına daxildir. Son beş il ərzində şirkət Fuqua məktəbinin 32 mütəxəssisini işə götürüb, tələbələri üçün isə 42 təcrübə proqramını təşkil edib.

2013-cü ildə Fuqua tələbələri qarşısında çıxış edən Tim Cook, gənc nəslə həyatda iki şeyin əhəmiyyətindən danışdı: insanların bir-biri ilə əlaqəyə girmək və öz qaydalarını yaratmaq bacarığı.

4. Procter & Gamble-da işləmək?

Sizin seçiminiz – Kelley School of Busines(Indiana University)

Müasir məzunlar, istehlak malların istehsalı ilə məşğul olan şirkətlərdə adətən işləmək istəmirlər. Mütəxəssislərin əksəriyyəti konsaltinq, startaplar və ya İT sahəsində işləməyi arzu edirlər. Buna baxmayaraq, 177 illik tarixə malik olan Procter & Gamble şirkəti tələbələrin hələdə diqqəti mərkəzindədir.

Statistika göstərir ki, Procter & Gamble daha çox Kelley School of Business biznes-məktəbin məzunlarına maraq göstərir. Şirkətin brend-menecerlərinin əksəriyyəti bu məktəbin məzunudur, ümumilikdə isə onların sayı 172 nəfər təşkil edir. Ən yüksək vəzifəyə şirkətin brend-bildinq şöbəsinin rəhbəri Mark Pritchard sahibdir.

P&G ilə Kelley əməkdaşlığı 1950-ci ildən başlamışdır. Həmin dövrdə şirkət Indiana University layihəsini yaradaraq, tərkibində ftor olan diş pastasının test edirdi.

Amerikanın təhsil ocağı ilə P&G arasındakı əlaqələr, göründüyündən daha dərindir.

5. Şəxsi biznesə başlamaq?

Sizin seçiminiz – Harvard Business School

Harvard Business School biznes-məktəbi, öz rəqiblərindən bir çox göstəricilərinə görə seçilir.

Öz həyatını sahibkarlıqla əlaqələndirmək istəyən tələbələr üçün burada Arthur Rock for Enerpreneurship bölməsi fəaliyyət göstərir. Harvard öz tələbələrinə 33 kurs təşkil edir, onların hər biri şəxsi biznesin quruculuğuna həsr olunub. Eyni zamanda burada mütəmadi olaraq bir çox konkurslar keçirilir, qalib gələn şəxslərə pul mükafatı verilir.

Harvard Business School öz tələbələrinə səxavətlə yanaşır: məktəb mütəmadi olaraq startapçıların kredit borcunu ödəyir (məsələn, ötən il Harvard tələbələrin 10-20 min dollarlıq borcunu ödəyib). Burada hər il sahibkarların sammiti keçirilir – Harvard Business School məzunlarının.

Məzunların nailiyyətləri sırasına HourlyNerd, Birchbox, Rent the Runway və Gilt Groupe kimi layihələri aid etmək olar. 

6. Luxury-sənayedə işləmək?

Sizin seçiminiz – HEC Paris

Ümumiyyətlə, HEC Paris – yalnız Luxury-sənaye deyil. The Economist jurnalının 2014-cü il reytinqinə əsasən, bu təhsil müəssisəsi Avropanın aparıcı biznes-məktəbləri sırasına daxildir. Bəlkə də bunun səbəbi məktəbin Parisdə yerləşməsi olmuşdur, çünki bütün tələbələr avtomatik olaraq Cartier, Chanel, HermesKering holdinqin digər şirkətlərinə daha yaxın olurlar. 

HEC Paris məktəbində xüsusi yeddi illik təhsil proqramı var, hansıki Kering holdinqin şərəfinə adlandırılıb. Hər il bu məktəbə cəmi 50 tələbə qəbul ola bilər, diplom alandan sonra isə onlar fransız və dünyəvi fashion-brendlərində asanlıqla iş tapırlar.

HEC məktəbinin bəzi məzunları Kering, Balenciaga и L’Oréal  kimi tanınmış şirkətlərdə baş icraçı direktor vəzifəsində çalışıblar. Louis Vuitton şirkətinin keçmiş direktoru HEC məktəbində mühazirə deyir və “Lüks həyatın strategiyası” (The Luxury Strategy: Break the Rules of Marketing to Build Luxury Brands) kitabının müəlliflərindən biridir.