10 C
Baku
Friday, December 13, 2024

“Apple” pilotsuz avtomobillərin inkişaf etdirilməsi layihəsini əldə edib

“Apple” pilotsuz avtomobillərin inkişaf elətdirilməsi layihəsini əldə edib

Pitchbook-un verdiyi məlumata görə, daha əvvəl  “Drive.ai” layihəsi bir neçə vençur şirkətdən 77 milyon dollar cəlb etmişdir. 2017-ci ildə layihə 200 milyon dollar dəyərində qiymətləndirilib. Tərtibatçılar Arlinqton şəhərinin hökuməti ilə pilotsuz şatl-xidmət üzrə əməkdaşlıq edib.

Kupertinoda artıq çoxdandır ki, pilotsuz avtomobillərə maraq artır. Şirkət 2014-cü ildə “Project Titan” üzrə işə başlayıb və həmin dövrlərdə elektrik avtomobil üzərində çalışıb. Nəqliyyat vasitəsinin tərtibatına təsir göstərən amillərə təşkilati məsələlər, daxildəki fikir ayrılıqları və digər problemləri aid etmək olar. 2016-cı ildə əldə edilmiş məlumata görə, “Apple” avtomobil ilə bağlı olan planlarını təxirə salaraq, bütün diqqətini avtopilot sisteminin inkişaf elətdirilməsi üzərində cəmləşdirib.

2018-ci ilin avqustunda “Tesla” şirkətinin keçmiş viçe-prezidenti Daq Fild “Apple” -a qayıdır.

2019-cu ildə “Apple” pilotsuz avtomobil üzərində çalışan işçilərin əksəriyyətini şirkətdən uzaqlaşdırmasına baxmayaraq, avtonom sistemlərin potensialına hələ də inandığını bildirib. 

Son xəbərlər
Digər xəbərlər