“Apple” şirkəti sentyabr təqdimatında qanda oksigenin miqdarını ölçən Watch Series 6 və nisbətən daha ucuz qiymətə olan Watch SE saatlarını təqdim edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Tərtibatçıların qeyd etdiyi kimi, Apple Watch astma xəstələrinə sağlamlığı izləməyə kömək edəcək. Bundan əlavə, watchOS 7 əl yuma və yuxu izləmə kimi funksiyalara malikdir.
İlk dəfədir ki, “Apple” qırmızı rəngdə saat buraxır.
Watch Series 6 iki qat sürətli olan S6 prosessoru ilə təchiz ediləcək. Bundan əlavə, saat dəniz səviyyəsinin hündürlüyünü, o cümlədən yüksəkliyə qalxdıqda qanda oksigenin miqdarını ölçməyə imkan verəcək.