13 C
Baku
Tuesday, May 21, 2024

“Apple” qarışıq reallıq qarnituru təqdim edib – Qiyməti $3499

“Apple” qarışıq reallıq qarnituru təqdim edib. Yenilik “Vision Pro” adını alıb, qiyməti isə 3499 dollar təşkil edir. Cihaz genişləndirilmiş və virtual reallıq xüsusiyyətlərini özündə birləşdirir və iOS və iPadOS üçün uyğun olacaq visionOS əməliyyat sistemi ilə işləyir.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

“Vision Pro” bir yükləmə ilə iki saata qədər işləyir. Aksesuar “Kamera”, “Kontaktlar”, “FaceTime”, “Fayllar”, “Poçt”, “Xəritələr”, “Mesajlar”, “Musiqi”, “Qeydlər”, “Safari”, “Şəkillər” və s. tətbiqləri dəstəkləyir.

download

download 1

Cihazı jestlər, göz hərəkətləri və ya səslə idarə etmək mümkündür. Qarnitur əlavə edilmiş reallıq rejimində olarkən istifadəçinin gözlərini göstərir, virtual reallıq rejimində olarkən isə gizlədir.

download 3

download 5

download 4

“Vision Pro”nun ön tərəfi şüşədən hazırlanıb. Yuxarı hissədə isə şəkil çəkmək, o cümlədən əlavə reallıqdan virtual reallığa keçid üçün düymə var. Kəmərin ölçüsü tənzimlənir və müxtəlif rənglərdə təqdim edilir.

download 2

Qarniturda istifadəçinin başında əlavə çəki daşımaması üçün əsas bloka naqillə qoşulmuş ayrıca batareya olacaq. Cihazda səsin onlardan deyil, ətrafdakı boşluqdan gəldiyi hissini təmin edən iki dinamik var.

download 1

“Vision Pro”nu 2024-cü ilin əvvəlində internet saytında və ABŞ-dakı mağazalarda almaq mümkün olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər