9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Apple” qatlanan iPhone istehsal edəcək

“Apple” korporasiyası qatlana bilən ekranlı smartfon üzərində işləməyə başlayıb.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.

Bildirildiyi kimi, hal-hazırda iş prosesi ekranın yaradılması mərhələsindədir. Şirkət gələcək smartfonun ölçüləri ilə bağlı hələ vahid fikrə gəlməyib. Xüsusilə, iPhone 12 Pro Max modelindəki kimi 6.7 düym (17 sm) variantı nəzərdən keçirilir.

“Bloomberg” qeyd edir ki, qatlanan iPhone yaxın zamanda çıxmayacaq, çünki hal-hazırda şirkət bütün diqqətini flaqman iPhone və iPad modelləri üzərində cəmləşdirib. Koronavirus pandemiyası işçilərin həftədə məhdud saat işlədikləri üçün məhsul inkişafını bir qədər çətinləşdirib.

Son xəbərlər
Oxşar xəbərlər