15 C
Baku
Friday, October 24, 2025

Apple qırmızı iPhone 7 yaradacaq

Banker.az saytının verdiyi xəbərə görə, Yaponiyanın Mac Otakara portalı öz anonim mənbələrinə istinadən bildirir ki, Apple şirkəti qırmızı rəngdə iPhone 7 smartfonunu təqdim etməyi planlaşdırır və bunun haqqında məlumat şirkətin mart ayında təşkil ediləcək sərgisində elan ediləcək.

Bu son zamanlar iPhone 7 modelinin yeni rəngi haqqında yayılan ikinci şayiədir. Bundan daha əvvəl yayılan məlumata görə, yeni rəng iPhone 7s üçün və yalnız Çində əlçatan olacaq.

Mənbənin həmçinin verdiyi xəbərə görə, sərgidə yeni iPad planşet kompüterlərinin də təqdimatı keçiriləcək. 7,9, 9,7 və 12,9 düym diaqonallı iPad-lərin yenilənməsindən əlavə, şirkət yeni 10,5 düym diaqonallı “çərçivəsiz” planşet təqdim edəcək. Ekranın kənarlarında çərçivənin olmaması sayəsində onun qabaritləri adi iPad Pro 9,7-nin ölçüsünə uyğun olacaq. Planşetlərin təsimatına isə 2017-ci ilin may ayında başlanıla bilər.

 

Son xəbərlər
Digər xəbərlər