10 C
Baku
Thursday, November 14, 2024

“Apple” qiymətlərini aşağı salır

“Qiymətlərin çox baha olduğunun fərqindəyik. Müəyyən qədər qiymətilərin aşağı salınması üçün nə isə edəcəyik”. Bu sözləri Hindistanda qatıldığı televiziya proqramında “Apple” şirkətinin baş direktoru Tim Kuk bildirib.
Özünə ünvanlanan”iPhone”ların bahalı olması ilə bağlı sualı cavablandıran Kuk ilk dəfə bu mövzu ətrafında açıq fikir bildirib.

Bu açıqlama “iPhone” qiymətləri haqqında ən məsul şəxsdən gələn çox vacib etiraf olaraq qiymətləndirilib. Bunu ən yaxşı məhsullar satdığını düşünən şirkətin qiymət siyasətini dəyişəcəyinə dair bir işarə olduğu deyilir.

“iPhone” satışları ötən rübdən etibarən 16% aşağı düşüb. Android bazarda öz nüfuzunu artırmağa başladığı halda “iPhone” öz bazar səhimlərini itirir. Bu isə həm də qiymət bahalığı ilə izah edilir.

Analitiklər satışların aşağı düşməsinin il ərzində də davam edəcəyini proqnozlaşdırır. “Apple”ın sentyabr ayında təqdimatını keçirəcəyi gözlənilən “iPhone 7” ilə bağlı iddialar isə səslənməkdə davam edir. İnternetdə şəkilləri yayılan yeni model haqqında qulacıq girişinin olmaması haqqında səslənən fikirlər narazılıqla qarşılanıb.

150908192226 tim cook apple logo thinking

“iPhone7”
Stiv Cobsun 24 avqust 2011 tarixində  “Apple”dən ayrılmasından sonra şirkətin icracı direktoru Tim Kuk olub. Kuk “Apple”da 1998-ci ildən işləyir.

MyBaku

Son xəbərlər
Digər xəbərlər