26 C
Baku
Wednesday, April 24, 2024

“Apple” rəhbərindən gözlənilməz etiraf

“Apple” korporasiyasının rəhbəri Tim Kuk “iPhone”dan daha az istifadə etməyə başladığını bəyan edib.

Banker.az oxu.az-a istinadla xəbər verir ki, o, mobil cihazda əlavə bildirişlərdən imtina etdiyini də bildirib.

Kuk qeyd edib ki, əvvəl hansısa məlumatı almaq və yaxud onu yoxlamaq üçün mütamadi olaraq smartfondan istifadə etdiyi halda, indi gələn bildirişlərin sayını azaldıb və onları nadir hallarda yoxlayır.

CNN-in məlumatına görə, ABŞ-da insanlar öz smartfonlarına gün ərzində 52 dəfə müraciət edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər