10 C
Baku
Saturday, November 23, 2024

“Apple” rəngini dəyişən saat kəmərini patentləşdirib

“Apple” şirkəti Apple Watch saatları üçün rəngini dəyişən kəməri patentləşdirib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Mənbənin verdiyi məlumata görə, söhbət inteqrasiya olunmuş elektroxrom elementləri olan kəmərdən gedir. Yeni texnologiyanı təsvir edən “Apple” qeyd edir ki, kəməri istifadəçinin paltarına uyğunlaşdırmaq olacaq. Bundan əlavə, şirkətin vurğuladığı kimi, gələcəkdə kəmər üzərindən gələn mesajları oxumaq funksiyası yaradılacaq.

Yeniliyin nə zaman peyda olacağı və şirkətin ümumiyyətlə öz məhsullarında belə bir həlldən istifadə edib-etməyəcəyi barədə məlumat verilmir. Hal-hazırda, “Apple” saatlarının fərdiləşdirilməsi yalnız müxtəlif materiallardan (silikon, polad, dəri və s.) dəyişdirilə bilən kəmərlər və avtomatik olaraq dəyişdirilə bilən müxtəlif rəqəmsal saat üzləri vasitəsilə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər