29 C
Baku
Tuesday, June 28, 2022

“Apple” reklama “Samsung”dan 179 faiz çox vəsait xərcləyib

ABŞ-ın “Apple” şirkəti rəqəmsal reklama Cənubi Koreyanın “Samsung” şirkətindən 179 faiz daha çox vəsait xərcləyib.

Bu barədə “Business Insider” nəşri “Pathmatics” şirkətinə istinadən məlumat verib.

Əldə olunan məlumatlara görə, 2016-cı il noyabrın 30-da yekunlaşmış illik müddətdə “Apple” şirkəti displey, mobil və video reklama 97 milyon dollar sərf edib. “Samsung” şirkətində isə bu rəqəm 80,4 milyon dollar olub.

“Samsung” şirkətinin “Apple”in təmsil olunmadığı soyuducu, televizor və bu kimi digər müxtəlif seqmentlərdəki məhsul reklamı xərclərini nəzərə almasaq, ABŞ şirkəti reklama Cənubi Koreyalı rəqibindən 179 faiz daha çox vəsait sərf edib.

Lent.az

 

Son xəbərlər
Oxşar xəbərlər