“Apple” səhmlərinin qiyməti yeni rekord vurub

Amerikanın “Apple” korporasiyasının səhmləri 1.8% bahalaşaraq 144.57 dollara çatıb.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Agentlik qeyd edir ki, səhmlərin dəyərindəki aktiv artım “iPhone” satışlarına dair müsbət proqnozlarla əlaqəlidir. “Apple” səhmləri ardıcıl yeddi ticarət sessiyasında bahalaşır ki, bu da ilin aprelindən bəri ilk haldır. 2021-ci ildə “Apple” səhmləri ümumilikdə 9% artıb.

İyun ayının əvvəlində “Apple” “iPhone”, “iPad”, “Mac” və “Watch” cihazları üçün yeni əməliyyat sistemini təqdim edib. “iPadOS 15”, “watchOS 8.0” və “macOS Monterey”in son versiyalarının 2021-ci ilin payızında çıxması gözlənilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.