“Apple” səhmləri iPhone 17-nin relizindən sonra bir qədər ucuzlaşıb. Xatırladaq ki, 2025-ci il 9 sentyabrda keçirilən təqdimat öncəsi “Apple” səhmləri 238.4 dollara yüksəlib, lakin sonra 233.4 dollara düşüb.
Şirkət iPhone 17, Air, Pro, Pro Max smartfonlarını, AirPods 3 qulaqlıqlarını, həmçinin Watch Series 11, SE 3 və Ultra 3 saatlarını təqdim edib.
“The Futurum Group” tədqiqat qrupunun baş direktoru Daniel Nyumanın sözlərinə görə, investorlar hələ də sıçrayışlı süni intellekt xüsusiyyətlərini gözləyirlər. Bununla belə, “Apple” bu dəfə “Apple Intelligence”ə diqqət yetirmədi.
Mütəxəssislərin fikrincə, “Siri”nin “ağıllı” bacarıqlarının inkişafı ilə bağlı gecikmələr və problemlər “zəif idarəetmə”, həddən artıq “rahat” atmosfer, ambisiyaların olmaması və “risk etmək” istəyi ilə bağlıdir.
Nyuman həmçinin qeyd edib ki, qurğular dizaynda köklü dəyişikliklər almayıb. Bununla belə, ABŞ-də iPhone Pro-nun “start” qiymətləri 2017-ci ildən bəri ilk dəfə olaraq qaldırılıb.