2 C
Baku
Saturday, December 14, 2024

“Apple” səhmləri “Morgan Stanley”in tövsiyəsindən sonra rekord səviyyəyə çatıb

“Apple” səhmləri iyulun 15-də ticarət zamanı rekord həddə yüksəlib. Bu, “Morgan Stanley” analitiklərinin qiymət hədəflərini artıraraq onları ən yaxşı seçim adlandırmasından sonra baş verib.

İyulun 15-də ABŞ-də qiymətli kağızlar 2.9% bahalaşaraq 237.23 dollar olub. Ticarətin bağlanışında artım 1.67%-ə qədər yavaşlayıb və 234.40 dollar təşkil edib. “Reuters” qeyd edir ki, “Apple”ın kapitallaşması 3.62 trilyon dollara çatıb və bu, onu dünyanın ən dəyərli şirkəti edir.

“Morgan Stanley” bankı “Apple” səhmləri üçün hədəf qiymətini 216 dollardan 273 dollara qaldırıb və onları ən yaxşı seçim adlandırıb, “Reuters” yazır. Onun fikrincə, şirkətin daha əvvəl təqdim etdiyi “Apple Intelligence” süni intellekt sistemi iPhone və iPad satışlarının artması üçün katalizator olacaq.

Son xəbərlər
Digər xəbərlər