22 C
Baku
Friday, April 26, 2024

“Apple” səhmləri qarışıq reallıq dəbilqəsini təqdim etdikdən sonra demək olar ki, 1% ucuzlaşıb

“Apple” şirkətinin səhmləri yeni “Vision Pro” qarnituru təqdim edildikdən sonra ucuzlaşıb. Qeyd olunur ki, təqdimat zamanı səhmlər 1.5% bahalaşıb, sonra isə 0.88% düşüb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Tərtibatçılar üçün nəzərdə tutulmuş “WWDC” təqdimatı dünən, iyunun 5-də keçirib. Videoyayım “Apple”ın rəsmi saytında aparılıb. Əsas yenilik isə məhz “Vision Pro” qarnituru olub. O əsasən oyun oynamaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulub.

Bundan əlavə, “Apple” təqdimat zamanı 15 düym diaqonallı ekrana malik “MacBook Air” noutbukunu, həmçinin peşəkarlar üçün “Mac Studio” və “Mac Pro” kompüterlərini nümayiş etdirib.

Təqdimatdan əvvəl “Apple” səhmləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib – 184.95 dollara. Bu, əvvəlki ticarət sessiyasının bağlanışından təxminən 2% çoxdur. “Reuters” yazır ki, 2023-cü ilin əvvəlindən “Apple” səhmləri demək olar ki, 40% bahalaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər