Apple şirkəti 2017-ci ilin II rübü üzrə hesabatını nəşr edib ki, cari göstəricilər analitiklərin proqnozlarından daha yaxşıdır.
Banker.az xəbər verir ki, şirkətin xalis gəliri 12% (8,72 milyard dollara qədər), gəliri isə 7% (45,41 milyard dollara qədər artıb. Bununla yanaşı, iPhone satışları 1,6% yüksəlib.
Maraqlıdır ki, Apple şirkətinin cari ilin II rübündə qazandığı xalis gəlir və gəlir Samsung şirkətinin göstəricilərindən aşağıdır. Koreya şirkəti xalis gəlirini 9,6 milyard dollara, gəlirini isə 54,2 milyard dollara qədər yüksəldib.
Buna baxmayaraq, Apple səhmləri 7%-dən çox artaraq tarixi maksimum olan 159,5 dollar səviyyəsinə qədər qalxıb. Samsung şirkətinin səhmləri isə 0,87% (867 dollar) artıb.
Qeyd edək ki, Apple şirkəti 2017-ci ilin sentyabr ayında yeni iPhone 8 satışlarına başlamağı planlaşdırır. Analitiklərin təxminlərinə görə, yeni smartfon yaxşı satılacaq.