18 C
Baku
Tuesday, October 21, 2025

“Apple” səhmləri yeni tarixi maksimuma çatıb

Oktyabrın 20-də, bazar ertəsi, Bakı vaxtı ilə saat 18:36-ya olan məlumata görə, “Apple” şirkətinin səhmləri NASDAQ birjasında 3,21% bahalaşaraq 260,39 dollara yüksəlib. Nəticədə, səhmlərin dəyəri yeni tarixi maksimuma çatıb. Daha sonra artım sürətlənib və saat 19:13-ə olan məlumata görə, səhmlər 4,42% bahalaşaraq 263,46 dollara qalxıb.

Əvvəlki rekord 2024-cü il dekabrın 26-da bir səhm üçün 260,1 dollar səviyyəsində qeydə alınmışdı.

CNBC-nin yazdığına görə, “Apple” səhmlərinin artımı ABŞ və Çində iPhone 17-nin yüksək satış göstəriciləri fonunda baş verir. Bu model satışların başlanğıcında iPhone 16-dan daha populyar olub.

“Apple” şirkətinin bazar dəyəri 3,85 trilyon dollara çatıb və hazırda dünyanın ən yüksək kapitallaşmaya malik şirkətləri sırasında ikinci yerdədir, yalnız NVIDIA-ya (4,48 trilyon dollar) uduzur.

Son xəbərlər
Digər xəbərlər