ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin səhmlərinin bahalaşma tempi 10 illik maksimumu yeniləyib.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, 2019-cu ildə şirkətin bazar dəyəri 88,5%, təkcə dekabr ayında isə 7% artıb. Hazırda 1 “Apple”in 1 səhminin qiyməti 290 dollar civarındadır.
İl ərzində ABŞ-ın “Microsoft”, “İntel” və “Amazon” korporasiyalarının səhmləri isə müvafiq olaraq 9,15%, 32,2% və 27,85% qiymət artımı nümayiş etdiriblər.
©Report