Apple şirkəti 8 may tarixində birjada hərrac başlayan zaman kapitalizasiya ilə bağlı şəxsi rekordunu yeniləyib.
Banker.az saytı Business Insider nəşrinə istinadən xəbər verir ki, birjada sessiyanın əvvəlində şirkətin səhmləri 149,06 dollara qədər qalxıb və Apple kapitalizasiyası 776,6 milyard dollara yüksəlib.
Axşam saatlarına yaın isə, iPhone istehsalçısının 1 səhminin dəyəri 150 dolları geridə qoyub. Şirkətin bazar dəyəri isə 785 milyard dollara yaxınlaşıb. Şirkətin bundan daha öncə ki, rekordu 2015-ci ilin fevral ayında qeydə alınmışdı. Bu zaman şirkətin kapitalizasiyası 774,7 milyard dollara çatmışdı.
Qeyd edək ki, 2017-ci ilin əvvəlindən Apple şirkətinin səhmləri ümumilikdə 29% bahalaşıb.