8 C
Baku
Thursday, March 28, 2024

“Apple” sabah yeni “iPhone” modelini təqdim edəcək – ÜSTÜNLÜKLƏRİ

“Apple” sentyabrın 10-da, Kaliforniyada yeni modeli olan “iPhone 11”-i təqdim edəcək.

Konfransda “iPhone” ilə birlikdə yeni iOS versiyası iOS 13-də elan ediləcək.

iOS 13 ilə birlikdə gələcək yeni funksiyalar

“Apple”dan deyiblər ki, iOS 13 bundan öncəki versiyalardan daha sürətli olacaq. Bundan sonra yeniləmələr 60% nisbətində, yükləmələrin isə 50% nisbətində daha tez olacaq. Üz tanıma sistemi isə daha öncəki iOS-lara görə, 30% daha sürətli olacaq.

macOS-dən sonra, iOS-a da qaranlıq mode gəlir.

2019 09 09 12 04 50 7f3f

“Apple” ötən il macOS-ə qaranlıq modu High Sierra ilə birlikdə əlavə etmişdi.

iOS 13-lə bərabər qaranlıq mode, “iPhone” lara da gəlir. Xatırlatmalar, fotolar kimi internfeysdə də istifadə olunacaq qaranlıq mod artıq daha qaranlıq olacaq.

iOS-ə yeni kamera modları

2019 09 09 12 05 10 dcac

iOS 13 ilə bərabər yeni kamera modları da gəlir. Yeni versiyada portret modunda aydınlatmanın çoxluğunu artıra və ya azalda bilərsiniz. Həmçinin yeni versiyaya

“High-Key Mono” adlı funksiya da gəlir. Bu funksiya ilə rəng estetiği artırılan bir “iPhone” qarşımızda olacaq.

Daha inkişaf etmiş memojilər

2019 09 09 12 05 29 d0cf

iOS 12-lə yaradılan memojilər, şəxsin öz animasiya xarakterini yaratmasına kömək olurdu. iOS 13 ilə memojilər artıq daha çox şəxsiləşdiriləcək. Memojiler üçün yeni başlıqlar və eynəklər də gəlir. Həmçinin memojilərə aid etiketlər də istifadəçilərin ixtiyarında olacağı gözlənilir.

“Apple”ın konfransını “YouTube” üzərindən canlı izləmək mümkün olacaq. Konfransa bir gün qalmış artıq iPhone 11 və iOS 13 üçün gözlərimiz “Apple”da.

Baxaq görək “Apple” bizə nə təqdim edəcək.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər