2023-ci ildə Azərbaycanda “Samsung” , “Apple” və “Xiaomi” telefonlarının satışları azalıb.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 11.44% azalma ilə 31.23% təşkil edib.
“Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı 10.38% azalma ilə 23.36%, “Apple” şirkəti isə 0.64% azalma ilə 15.83% təşkil edib.