16 C
Baku
Saturday, November 2, 2024

Apple Shazam xidmətini əldə etdi

Apple şirkəti musiqi bəstələrinin tanınması üzrə Shazam xidmətini əldə edib.

Banker.az CNBC nəşrinə istinadən xəbər verir ki, tərəflər müqavilənin dəyərini açıqlamasalar da, yayılan şayiələrə görə, bu məbləğ təqribən 400 milyon dollar təşkil edir.

TechCrunch nəşrinin mənbələrinin verdiyi məlumata görə, Apple və Shazam sözügedən müqavilə bağlı beş ay ərzində danışıqlar aparıb. Həmçinin, Snapchat və Spotify da Shazam tətbiqetməsinin alınması ilə maraqlanırdı.  

Qeyd edək ki, son investisiya raundundan sonra Shazam 1 milyard dollar olaraq qiymətləndirilmişdi. TechCrunch mənbələrindən birinin sözlərinə görə, müqavilə üçün təyin edilmiş aşağı səviyyəli bu məbləğ musiqi xidmətinin etibarlı uzun müddətli gəlir mənbəyi tapa bilməməsi ilə bağlıdır.

Shazam xidmətinin smartfonlar üçün ilk versiyası 2008-ci ilin iyul ayında buraxılmışdı. O zamandan etibarən tətbiqetmə bütün platfrmalarda milyard dəfədən çox yüklənilib.

 

Son xəbərlər
Digər xəbərlər