25 C
Baku
Saturday, July 27, 2024

“Apple” simsiz şarj funksiyalı yeni iPad Mini və iPad Pro buraxacaq

Amerikanın “Apple” korporasiyası 2021-ci ildə yeni iPad Mini, 2022-ci ildə isə iPad Pro buraxmağı planlaşdırır. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “Bloomberg” agentliyi yazıb.

Bildirildiyi kimi, yeni iPad Pro simsiz şarj funksiyasını dəstəkləyəcək. Eyni zamanda bu modelin “əks şarj” texnologiyası ilə təchiz ediləcəyi gözlənilir, yəni onun vasitəsilə “Apple”ın digər cihazlarını şarj etmək mümkün olacaq.

iPad Mini daha kiçik ekrana sahib olacaq – bu, cihazın son altı ildə ilk redizaynıdır. Eyni zamanda şirkət “Home” düyməsindən imtina etməyi planlaşdırır. Bundan əlavə, “Apple” iPad-ın daha incə versiyası üzərində işləyir və cihazlarını uzun məsafədən şarj etməyə imkan verəcək yeni üsulları inkişaf etdirir.

Bu texnologiyaların bir neçə ildən sonra çıxması gözlənilir.

Son xəbərlər
Digər xəbərlər