27 C
Baku
Saturday, July 27, 2024

Apple şirkəti bizim sayəmizdə gündəlik olaraq nə qədər qazanır?

Hər kəs başqalarının pullarını saymağı sevir, lakin heç də hər kəsə öz “pul saymaq” xobbisini əsl ixtisasa çevirmək nəsib olmur. Öz ağıl bacarıqları və təhlil qabiliyyəti ilə bunu etmək iqtidarında olan şəxslər bizi zaman-zaman maraqlı göstəricilər və iddialar ilə tanış edirlər.

Belə bir maraqlı göstəricilərdən birini Asymco agentliyi nəşr etdi. Agentlik dünyaca məşhur Apple şirkətinin qazancı haqqında diqqət çəkən nüansları oxucuları ilə paylaşıb. Qeyd edək ki, araşdırma zamanı əsas olaraq hər gün milyonlarla müştərinin şirkətə qazandırdığı gündəlik gəlir diqqət mərkəzində saxlanılıb.

Heç kimə sirr deyil ki, hazırda Apple şirkətinin istehsal etdiyi məhsullar böyük istehlakçı kütlənin maraq dairəsindədir. Dünya üzrə Apple pərəstişkarı olan insanlar satışa ilk buraxılacaq məhsulu əldə etmək üçün saatlarla uzun növbələrdə gözləyir. Bir çoxları isə kreditlə, hətta borcla da olsa nəyin bahasına olursa-olsun iPhone smartfonu əldə etmək arzusu ilə alışıb-yanır.

Şirkətin müştərilərinin müxtəlif səviyyəli ödəniş imkanlarına baxmayaraq, onlardan hər biri App Store, iTunes və Apple Music-dən istifadə edir, bundan başqa, əlavə texnika və əlavə zəmanət əldə edirlər. Bütün bunlar isə Apple Inc. şirkətinin gündəlik qazancını orta hədlə 1 ABŞ dolları həcmində artırır. Ekspertlər fəal cihazların sayının təyin edilməsi, həmçinin şirkətin ümumi gəliri haqqında məlumatların, şirkətin özünün son maliyyə hesabatının təhlil edilməsi yekununda belə bir nəticəyə gəlmişlər.

Beləliklə, Apple Inc. şirkətinin ilkin əsas gəlir mənbəyi iPone satışlarından cəlb edilən gəlirdir. Şirkət üçün ikinci dərəcəli vacib məsələ xidmət sahəsidir. Keçən rübün nəticələrinə görə, Kupertino-da yalnızca şəxsi servislərdən 6 milyard dollar əldə edilmişdir. Bununla yanaşı, Asymco ekspertləri belə iddia edirlər ki, şirkətin müştərilərinin hər birinə bir Apple cihazı düşdüyü faktı nəzərə alınmaqla belə, Kupertino gündəlik gəlir həcmini 1 milyard dollar həcminə yaxınlaşdırmaq üzrədir.

Son xəbərlər
Digər xəbərlər