15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Apple” şirkəti ilk dəfə 100 mlrd. dollardan çox qazanc əldə edib

Screen Shot 2021 09 02 at 14.34.20

“Apple” şirkəti bir maliyyə rübündə iilk dəfə 100 milyard ABŞ dollarından çox qazanc əldə edib.

Bu barədə “CNBC News” xəbər verib.

Məlumata görə, “Apple” 2021-ci ilin birinci rübünün maliyyə hesabatında 111,4 milyard ABŞ dolları gəlir əldə edib. Bu, şirkətn ən yüksək gəlir rübü olub.

Satışların keçən ilin eyni dövrü ilə müqayisədə 21% artdığı qeyd olunur.

Daha əvvəl bildirilib ki, “Apple” şirkəti 2024-cü ildə “sıçrayışlı” batareyaların texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir. Şirkət hələ 2014-cü ildə “Project Titan” kimi məşhur layihəsi çərçivəsində öz avtomobilini hazırlamaqla məşğul olmağa başlayıb. Şirkət həmin vaxtdan bu sahədə əhəmiyyətli dərəcədə irəliləyib və indi öz müştəriləri üçün avtomobil yaratmaq niyyətindədir. “Apple” planlarını hələ rəsmən açıqlamayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər