25 C
Baku
Saturday, July 27, 2024

“Apple” şirkəti oyun kompüteri istehsal edəcək

“Apple” şirkəti oyun kompüteri istehsal etməyə hazırlaşır. Şirkət kiber-idmançılar üçün yeni modeli 2020-ci ilin iyun ayında təqdim etməyə hazırlaşır. Model peşəkar oyunçular üçün nəzərdə tutulub.

Tayvan nəşrinə məlumat ötürən mənbə kompüterin ya monoblok, ya da böyük displeyli noutbuk formatında olacağını bildirib. Kompüter təxminən 5 min dollar civarında qiymətləndilir.

“Apple” şirkəti kiberoyunlara və video oyunlara artan marağı qiymətləndirir. Belə ki, bu ilin sentyabr ayında şirkət “Arcade” adlı oyun xidməti yaradıb.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər