“Apple” şirkəti “ucuz iPhone” un istehsalına başlama tarixini açıqlayıb – Qiymət $399

“Apple” şirkəti fevral ayında yeni və daha ucuz iPhone-ların istehsalına başlayacaq.

Banker.az xəbər verir ki, bu haqda Bloomberg məlumat verib. Yeni smartfon görünüşcə 2017-ci ildə buraxılmış iPhone 8 kimi olacaq.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Dünyanın ən bahalı texnologiya şirkətinin yeni iPhone-u mart ayında təqdim edəcəyi gözlənilir. Cihaz şirkətin Tayvandakı üç müəssisəsində istehsal olunacaq.

“Nikkei Asian Review” nun verdiyi məlumata görə, yeni smartfon texniki göstəricilər baxımından “Apple” in flaqmanlarından – iPhone 11 və iPhone 11 Pro -dan fərqlənməyəcək. Cihaz Touch ID əl izi və Face ID texnologiyası ilə təchiz ediləcək.

MacRumors portalı “ucuz iPhone” un 399 dollar qiymətində olacağını proqnozlaşdırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları