15 C
Baku
Tuesday, September 27, 2022

“Apple” şirkətinin ümumi gəliri 5%, iPhone satışından əldə olunan gəliri isə 15% azalıb

Apple şirkəti 2018-ci ilin 29 dekabr tarixində sona çatan 2019-cu ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, Şirkətin birinci rübdə əldə etdiyi gəlir əvvəlki ilin eyni dövrünə nisbətən 5% azalaraq 84,3 milyard dollar, bir səhmin satışından əldə olunmuş mənfəət isə 7,5% artımla 4,18 dollar təşkil edib. Beynəlxalq satışlar, bir rübün gəlirinin 62% -ni təşkil edir.

Apple proqnozlaşdırmışdır ki, 2019-cu maliyyə ilinin dekabr ayında satışların həcmi  89 milyard dollardan 93 milyard dollar arasında olacaq. Bu qiymət, analitiklərin proqnozlarından daha aşağı olub. 2019-cu ilin yanvarında Apple, Çində zəif iPhone satışlarının səbəbindən gəlir proqnozunu 84 milyard dollara endirib. Bunun sayəsində şirkətin səhmləri 9% azalaraq 143 dollara düşüb, lakin yanvar ayının sonuna kimi yenidən artım müşahidə olunur: 29 yanvar 2019-cu il tarixli bəyanatların yayımlanmasından əvvəl səhmlər 156 dollar dəyərində idi.

Şirkətin satışları Avropada (əvvəlki il ilə müqayisədə 21 milyard dollardan 20,4 milyard dollaradək), Yaponiyada (7,2 milyard dollardan 6,9 milyard dollaradək), ən çox isə Çində (17,9 milyard dollardan 13,1 milyard dollaradək) düşüb.

Apple ictimai hesabatlarında satılan cihazların sayı barədə məlumatı açıqlamaqdan imtina edib.  

iPhone satışından əldə edilən gəlirlər ötən ilə nisbətən 15% azalıb, eyni zamanda digər məhsul və xidmətlərdən əldə olunan gəlir 19% artıb. Tarixdə ilk dəfə xidmətlərin gəliri 10,9 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 19% çoxdur. Mac kompüterləri, geyim və ev cihazları, həmçinin aksesuarların satışları müvafiq olaraq 9% və 33%, iPad satışından əldə olunan gəlir isə 17% artıb.

2019-cu ilin ikinci rübü üçün Apple-ın proqnozları:

– 55 milyard dollardan 59 milyard dollar səviyyəsində gəlir

– Rübdə götürülən mənfəət 37% -dən 38%-ə qədər

– 8,5 milyard dollardan 8,6 milyard dollara qədər olan əməliyyat xərcləri

– Digər gəlirlər / (xərclər) 300 milyon dollar.

– 17% vergi ayırmaları

Apple şirkətinin direktorlar şurası, hər bir səhmə 0.73 dollar dəyərində divident ödənişini açıqlayıb. Dividentlər 2019-cu il fevralın 14-də mövcud səhmdarlara günün sonunda 11 fevral 2019-cu il tarixində qeydiyyatdan keçmə zamanı ödəniləcəkdir.

Apple smartfonlarına olan tələbat getdikcə azalmağa doğru gedir, bu səbəbdən şirkət azalmanı əsas biznesi ilə kompensasiya etməyə çalışır (App Store-də satışlar və iCloud və Apple Music-də abunəlik).

Son xəbərlər
Oxşar xəbərlər