16 C
Baku
Saturday, November 2, 2024

Apple şirkəti Face ID üçün milyonlarla dollar yatırır

Banker.az xəbər verir ki, Apple şirkəti amerikalı mikrosxem istehsalçısı Finisar şirkətinə 390 milyon dollar sərmayə yatırır. Bu haqda məlumat şirkətin rəsmi saytında yer alıb.

Finisar bu vəsaitləri Texasda lazerlərin öyrənilməsi sisteminin (VSCEL) istehsalı üzrə fabriki işə salmaq üçün istifadə etməyi planlaşdırır. Sözügedən bu texnologiya Face ID-nin, animodzi və iPhone smartfonlarında foto çəkilişlər üçün portret rejiminin işinə kömək edir.

Verilən məlumatda qeyd olunur ki, istehsalat 2018-ci ilin ikinci yarısında start götürməlidir. Apple şirkəti bunun üçün 500 yüksək ixtisaslı əməkdaşları işə cəlb etməyi planlaşdırır.

Apple bu yatırımı 1 milyard dollar həcmə malik öz fondundan edəcək. Şirkət qeyd edilən bu fondu məhz olaraq amerikalı istehsalçılara kömək etmək üçün təsis edib.

Son xəbərlər
Digər xəbərlər