9 C
Baku
Friday, December 13, 2024

“Apple” şirkəti gələn il 5 yeni “iPhone” modeli təqdim edə bilər

Apple” şirkəti gələn il məşhur “iPhone” smartfonunun 5 yeni modelini təqdim edə bilər.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bu barədə Macrumos portalı “TF Securities” şirkətinin analitiki Minq Çi Kuonun hesabatına istinadən yazıb.

Yeni üç kameralı telefonların ekranları müvafiq olaraq 6,7, 6,1 düym və yeni iki kameralı telefonların isə ekranları 6,7, 5,4 və 4,7 düym təşkil edəcək.

ad500992 6592 47b4 9516 286bf0a69d24

Təhlilçinin sözlərinə görə, ən yeni telefonlardan biri “iPhone SE”-ni dörd düymlük ekranla əvəz etmək üçün nəzərdə tutulub. O, “iPhone SE2” modeli adlandırıla bilər. Lakin yeni modelin daha güclü prosessoru olacaq – A13.                                    Ekspert “iPhone SE2” modelinin 2020-ci ilin birinci yarısında bazara çıxarılacağını proqnozlaşdırıb. Qalan dörd model isə gələn ilin ikinci yarısından sonra təqdim ediləcək. Bildirilib ki, bütün yeni smartfonlar 5G ilə işləyəcək.

Son xəbərlər
Digər xəbərlər