12 C
Baku
Saturday, November 16, 2024

“Apple” şirkəti “Intel”in prosessorlarından imtina edəcək

“Apple” öz kompüterlərində “Intel” şirkətinin çiplərindən istifadəni dayandıracaq. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri yazıb.

Şirkət 22 iyunda başlayacaq “WWDC” tədbirində öz istehsalı olan prosessorlarla təchiz edilmiş “Mac” kompüterləri layihəsini elan edəcək. “Apple” indiyədək də öz istehsalı olan çiplərlə təchiz edilmiş smartfon və planşetlər təqdim edib. Mənbələrin fikrincə, yeni çiplərlə təchiz edilmiş ilk kompüterlər yalnız 2021-ci ildə əlçatan olacaq.

“Intel”in məhsulundan imtina “Mac” kompüterlərinin məhsuldarlığını yaxşılaşdırmaq və texnikanın enerji səmərəliliyini yüksəltmək istəyi ilə bağlıdır. Həmçinin öz istehsalatı olan komponentlərə keçid istehsalda gecikmələr ehtimalını azaldacaq. “Bloomberg”in analitikləri hesab edirlər ki, elektron komponentlərin qiyməti, həmçinin azalacaq.

Son xəbərlər
Digər xəbərlər