Apple şirkəti tərtibatçılar üçün keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6 Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə gətirib.
Arıtırlmış reallıq:
Apple şirkəti AR faylların göndərilməsi üçün yeni USDZ formatını təqdim edib. Tərtibatçılar üçün isə ARKit 2aktivdir. Yeni platformada ilk tətbiqi yaratmış şirkət LEGO olub. Bundan sonra istifadəçilər biri 9.99$-dan olan virtual konstruktorları alaraq onları artırılmış reallıqda yığa biləcəklər. Yeni iOS versiyasında həmçinin kamera vasitəsilə obyektlərin ölçülərini təyin etmək üçün Measure tətbiqi də yerləşdirilib.
Foto:
iOS 12-də tərtibatçılar foto üzrə axtarış sistemini təkmilləşdiriblər. Bundan sonra istifadəçilər fotoları hadisələr, obyektlər və məşğuliyyətlər üzrə axtara biləcəklər. Tətbiqdə həmçinin “For You” adlı yeni qovluq da yaradılıb. Həmin qovluqda Google Photo-daki kimi hər bir istifadəçi üçün individual ehtimal fotolar yer alır. iOS 12-nin daha bir özəlliyi də ondan ibarətdir ki, sistem fotoda aşkar etdiyi şəxslərlə həmin fotonu paylaşmağı təklif edir.
Siri:

Sistem funksiyaları:













