-1 C
Baku
Saturday, December 14, 2024

“Apple” şirkəti “iPhone” smartfonu üçün mühafizə sistemi işləyib hazırlayıb

“Apple” şirkəti “iPhone” üçün haker müdaxiləsinə qarşı mühafizə sistemi işləyib hazırlamağa nail olub.

Banker.az “ICTnews”a istinadən yazır ki, “Forbes” nəşrinin məlumatına görə, cari ilin martında Amerikanın “Grayshift” şirkəti “iPhone X” daxil olmaqla “iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda parollara müdaxiləyə imkan verən “Graykey” alqoritmini işləyib hazırlayıb. Məlumata görə, şirkət öz həllindən hakimiyyət orqanları, polis və xüsusi xidmət orqanlarının maraqları üçün istifadə edə bilərdi.

Nəşrin məlumatına görə, “Apple” sözügedən boşluğu aradan qaldırıb və “iOS 12” və daha yuxarı sistemlərin idarəetməsi altında işləyən qurğular üçün nəzərdə tutulmuş mühafizə sistemi hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər