-1 C
Baku
Sunday, December 15, 2024

Apple şirkəti iPhone X və iPhone SE-dən imtina edə bilər

BlueFin analitik şirkəti investorlar üçün Apple-ın yaxın müddətə ola biləcək planlarının proqnozlarının əks olunduğu hesabatı hazırlayıb. Hesabatda vacib planlar arasında analitiklər Apple şirkətinin iPhone X və büdcəli iPhone SE modellərindən imtinası qeyd olunub. Analitiklərin fikincə Apple şirkəti bu cür qərarı Sentyabr ayında təqdim ediləcək yeni iPhone modellərinə aşağı tələbatın olması səbəbilə verə bilər. Bu cür vəziyyət isə istifadəçilərin öz köhnə iPhone modellərini təzə modellərə dəyişmək istəməmələrindən yaranıb.

Hesabatdakı məlumatlara əsasən Apple bu ilin ikinci yarısında 91 milyon yeni smartfon istehsal edəcək. Büdcəli model 6.1 inç ekranlı iPhone 9, flaqman model isə 6.5 inç ekranlı iPhone 11 Plus ola bilər. Kiçik ekran ölçüsünə sahib olacaq iPhone 11-in istehsalı isə sual altındadır. Lakin bütün bunlara baxmayaraq şirkətin iPhone X ilə iPhone SE modellərindən imtina etməsinin tam olaraq nə mənaya gəldiyi hələki məlum deyil. Çox güman ki, şirkət bu smartfonların istehsalatını və satışlarını tədricən dayandıracaq. Qeyd etmək lazımdır ki, Apple hələ də iPhone SE modelinin davamçısını təqdim etməyib və iPhone 9 çətinki onu əvəz edə bilsin.

Son xəbərlər
Digər xəbərlər