14 C
Baku
Wednesday, April 17, 2024

“Apple” şirkəti öz avtomobilinin salon dizaynını hazırlamağa başlayıb

Apple şirkəti Tesla-nın avtomobil salonunun interyeri ilə eksteryerinin keçmiş rəhbəri Steve MacManus-u özünə cəlb edib. Bu barədə Bloomberg saytına istinadən Macdigger saytı xəbər verib. Onun LinkedIn hesabına əsasən o, Apple şirkətində baş direktor vəzifəsində işə düzəlib. Lakin LinkedIn-də onun hansı şöbənin baş direktoru vəzifəsinə keçdiyi barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Steve MacManus 2015-ci ildən bəri Tesla şirkətində çalışıb.

    Daha öncə isə o, Jaguar Land RoverBentley Motors və Aston Martin kimi şirkətlərdə çalışıb. Apple şirkətinin özünün avtopilot sistemli avtomobili üzərində çalışdığı barəsində şayiələr artıq uzun zamandır ki, internetdə gəzir. TFI şirkətinin məşhur analitiki Ming-Chi Kuo-nun proqnozlarına əsasən şirkət Project Titan kod adına sahib nəqliyyat növünü 2023-2025-ci illər arası təqdim edəcək. Bu ilk hal deyil ki, Apple şirkəti Tesla-nın keçmiş işçisini özünə cəlb edir. Hələ keçən il Tesla-nın idarəetmə sistemləri üzrə keçmiş vitse-prezidenti və avtomobillər üzrə baş mühəndisi Apple şirkətinə keçmişdilər.

©Technote

Son xəbərlər
Digər xəbərlər