18 C
Baku
Saturday, May 4, 2024

Apple şirkətində Sam Sung adlı şəxs işləyir

The Loop-dan verilən məlumata əsasən Apple şirkətində Sam Sung adlı bir şəxs işləyir. Bu əməkdaş artıq bir neçə ildir ki, burada işləyir və satış sahəsində yaxşı mütəxəssis hesab olunur.

Həmçinin bildirilir ki, bir çox jurnalistdə Apple şirkətində işləyən bu şəxsin vizit kartları da var. Vizit kartının üzərində Sam Sungun işlədiyi pərakəndə mağazanın ünvanı da qeyd olunub. Mağaza isə Kanadanın Vankuver şəhərində yerləşir.

Vəziyyətin gülməli tərəfi ondadır ki, Apple şirkətinin əməkdaşı olan bu şəxsin adı məşhur koreyalı Samsung Electronics şirkətinin adını təkrarlayır.

Samsung Electronics şirkəti isə dünya bazarında mobil telefon və digər yüksək texnologiyalı cihazların hazırlanmasında Apple şirkətinin başlıca rəqibidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər