15 C
Baku
Friday, April 26, 2024

Şirkətin həmtəsisçisi : “Apple şirkəti çoxdan hissələrə ayrılsaydı daha yaxşı olardı”

Apple şirkətinin həmtəsisçisi olan Steve Wozniak Bloomberg saytına müsahibəsində bildirib ki, Apple şirkəti vaxtı ikən ayrılsa idi daha yaxşı olardı. “Mən istəyərdim ki, Apple şirkəti çoxdan ayrılsın və uzaq yerlərdə bir-birindən asılı olmayan şöbələr yaratsın. Mən, Hewlett Packard şirkəti ilə çalışanda onlar məhz bu cür etmişdilər” – deyə Wozniak bildirib.

Öz fikri ilə Wozniak tərtibatçılar üçün daha rahat iş mühitinin yaradılmasını nəzərdə tutur. Yəni onlar bir vaxtlar HP şirkətində də olduğu kimi tamamilə müstəqil şəkildə çalışa bilərlər. HP şirkətinin mühəndisləri gecələr işə gələ bilərdilər, onlar özəl prototiplərin yaradılması üçün istənilən alətə və detallara sahib idilər.

Lakin vaxtı ikən HP şirkəti personal kompüterin yaradılması məsələsində Wozniak-a 5 dəfə rədd cavabı vermişdi. Nəticədə isə Apple şirkəti yarandı və o öz ilk cihazlarını istehsal etməyə başladı. Wozniak Apple şirkətini dünyanın ən yaxşı şirkəti hesab edir. Belə ki, o, Facebook və Google kimi insanları izləyərək deyil məhsul sataraq vəsait qazanır.

©Technote.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər