17 C
Baku
Monday, April 29, 2024

Apple şirkətinin tarixi

XX əsr aviasiya və kosmonavtika əsri kimi qəbul olunur. Lakin keçən yüzilliyin 70-ci illərini də həmçinin müasir IT sənayesinin formalaşması dövrü adlandırmaq olar və burada Apple şirkəti mühüm rol oynamışdı.

Apple şirkətinin tarixi otuz il əvvəl iki dost Stiv Cobs və Stiv Voznyakın kompyuter istehsal edən şəxsi şirkətlərinin yaradılması qərarı ilə başlandı. Rəsmi olaraq Apple 1 aprel 1976-cı ildə yaradıldı və məhz həmin o dövrdə bazarda yeni əl ilə yığılan Apple Computer I kompyuteri görünməyə başladı. Doqquz ay ərzində 666,66 dollar məbləğində 175 ədəd kompyuter satılmışdı. Faktiki olaraq, Apple I korpussuz ana plata, klaviatura, səs və qrafikdən ibarət idi.

1977-ci ilin fevralında Apple-ın prezidenti Maykl Skott olur. Həmin ilin aprelində rəngli qrafikaya sahib ilk fərdi kompüter olan Apple Computer II – nin buraxılması irəliyə doğru atılmış əhəmiyyəti addım idi. Bu kompyuter bütün digər kompyuterlərdən fərqlənirdi. Məhz bu dövrdə Regis McKenna reklam agentliyi tərəfindən hamıya məlum olan dişlənmiş alma formasında loqotip yaradıldı.

1979-cu ilin mayında Apple şirkətinin əməkdaşı Cef Raskin yeni “hər şey 1-də” komputerləri üzərində işləməyə başladı.

1083-cü ildə Apple şirkəti qrafik istifadəçi interfeysi ilə ilk fərdi kompyuter olan Lisa-nı istehsal etdilər. Bu kompyuter Stiv Cobsun qızının şərəfinə Lisa adlandırılmışdı. Modelin qiymətinin kifayət qədər yüksək və proqramlarının məhdud olması kompyuterin geniş yayılmamasına səbəb oldu.

Apple şirkəti öz ilk Macintosh-nu 1984-cü il 22 yanvarda rəsmi olaraq təqdim etdi. Həmin vaxtda bu məhsul üçün reklam klipi də çəkilmişdi. Bu klip onilliyin klipi seçilərək, ən orijinal hesab olunaraq Kann kino festivalında mükafata da layiq görülmüşdü.

Son xəbərlər
 ⁠
Digər xəbərlər