26 C
Baku
Saturday, July 27, 2024

“Apple” smartfon satışı üzrə lider oldu

“Apple” 2020-ci ildə “Samsung” və “Huawei” şirkətlərini geridə qoyaraq qlobal smartfon satışları üzrə lider olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, son dəfə bu cür nəticə dörd il əvvəl qeydə alınıb.

Tədqiqatçıların hesablamalarına görə, son üç ayda “Apple” təxminən 80 milyon smartfon satıb və bununla “Samsung”u geridə qoyub. Ümumilikdə, 2020-ci ildə dünyada smartfon satışları 12% azalıb.

Bildirildiyi kimi, “Samsung”un smartfon satışları 15% azalıb və bu, “Oppo”, “Xiaomi” və “Vivo” şirkətlərinin bazarın bu seqmentində populyarlaşması ilə əlaqəli olub.

Eyni zamanda, “Huawei”in də satışlarında azalma müşahidə edilib: ABŞ-ın tətbiq etdiyi sanksiyalar şirkətin rüblük gəlirinin 41% azalmasına gətirib çıxarın. Ekspertlərin sözlərinə görə, 2021-ci ilin birinci rübündə də “Apple” liderlik edəcək. Buna dünya bazarının bərpası təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər