“Apple” smartfon satışlarına görə “Huawei”i geridə qoyaraq yenidən ikinci pilləyə yüksəyə bilər.
Xarici KİV-ə istinadən xəbər verilir ki, “Huawei“ə qarşı sanksiyalar şirkətin smartfon satışlarına mənfi təsir göstərib. “Mate 30” və “Mate 30 Pro” kimi yeni modellərində “Google” tətbiqlərinin olmaması smartfonların Çin üzrə satışlarında fərq yaratmasa da, dünya üzrə satışlarını azaldıb. Bununla bərabər “Apple”ın yeni təqdim etdiyi “iPhone 11”, “iPhone 11 Pro” və “Pro Max” modelləri yüksək satış rəqəmləri nümayiş etdirib.
Bu səbəblə bir sıra mütəxəssislər “Apple”ın smartfon satışlarına görə ikinciliyi “Huawei“dən alacağını gözləyir.
Qeyd edək ki, ötən ilin ikinci rübündə “Samsung”un lider olduğu smartfon satışlarında “Huawei” “Apple”ı geridə qoyaraq ikinci pilləyə yüksəlmişdi. Bunun ardından “Huawei“in əsas hədəfi “Samsung”u da geridə qoyaraq birinci pilləyə yüksəlmək idi.
©Finans.az