13 C
Baku
Friday, November 22, 2024

“Apple” son 10 ildə ilk dəfə “iPhone” istehsalını dayandırır

“Apple” korporasiyası son 10 ildə ilk dəfə “iPhone” istehsalını dayandırır.

Banker.az xəbər verir ki, verilən məlumata görə, “iPhone” və “iPad” istehsalı “təchizat zəncirinin pozulması, o cümlədən elektrik məhdudiyyətlər səbəbindən dayandırılıb”.

Təchizat zənciri menecerlərindən biri deyib: “Məhdud sayda komponentlər və çiplər səbəbindən bayram günlərində normadan artıq işləmək və işçilərə əlavə maaş vermək mənasızdır. Bu, əvvəllər heç vaxt olmamışdı. Belə ki, yeni il qabağı həmişə istehsalın artdığı ən gərgin dövr olub”.

“Nikkei” şirkətinin məlumatına görə, sentyabr və oktyabr aylarında iPhone 13 modellərinin istehsalı müəyyən edilmiş plandan 20% az olub. Eyni zamanda, eyni müddət ərzində “iPad” istehsalı gözlənilən həcmin yalnız 50%-nə çatıb.

Nəşrə görə, problemlər Malayziya və Vyetnamdakı kilidləmə tədbirləri, Çindəki gözlənilməz tutum məhdudiyyətləri, komponentlərin təchizatının uzadılması və s. daxil olmaqla müxtəlif səbəblərdən qaynaqlanır.

Son xəbərlər
Digər xəbərlər