Azərbaycanda 2021-ci ilin noyabrında ən çox satılan smartfonların payları açıqlanıb. Bu barədə “Global Stats”ın açıqlamasına görə, ABŞ-ın “Apple” brendi Azərbaycanda mövqeyini gücləndirib.
Banker.az həmin statistikaya istinadən xəbər verir ki, “Samsung” hazırda ənənəvi olaraq bazarda ən çox satılan smartfonların lideri olaraq qalır. “Samsung” 2020-ci ilin noyabrından satılan telefonların 44.93 faizini təşkil edib. Bu 2021-ci ilin oktyabrında 42.02% olduğu halda noyabrda 40.77%-ə düşüb.
“Kontakt”dan korporativ müştərilərə 60%-DƏK ENDİRİM
Hazırda Azərbaycanda ikinci ən çox satılan “Xiaomi” ötən ilin noyabrında 29.54% bazar payına sahib idisə, cari ilin oktyabrında 34.1%-ə yüksəlmişdi. Noyabrda isə bu 34.01%-ə qədər geriləyib.
Son aylarda yeni telefon modelini açıqlayan “Apple” Azərbaycanda son ildə mövqeyini bir qədər gücləndirib. 2020-ci ildə noyabrda 14.72% bazara sahib olan ABŞ telefon brendi, cari ilin eyni dövründə 17.44%-ə qədər irəliləyib. Məlumat üçün bildirək ki, öncəki ayda 16.2% idi.
Azərbaycanda satılan smartfonların payı, %-lə |
|||
2020 noyabr | 2021 oktyabr | 2021 noyabr | |
Samsung | 44.93 | 42.02 | 40.77 |
Xiaomi | 29.54 | 34.1 | 34.01 |
Apple | 14.72 | 16.2 | 17.44 |
Huawei | 5.67 | 4.65 | 4.57 |
Naməlum marka | 0.84 | 0.46 | 0.63 |
LG | 0.78 | 0.29 | 0.29 |
Lenovo | 0.7 | 0.33 | 0.33 |
Realme | 0.17 | 0.47 | 0.47 |
Nokia | 0.41 | 0.22 | 0.23 |
HTC | 0.26 | 0.12 | 0.12 |
Tecno | 0.17 | 0.16 | 0.14 |
Sony | 0.21 | 0.1 | 0.09 |
Honor | 0.14 | 0.14 | 0.12 |
Alcatel | 0.3 | 0.05 | 0.05 |
ZTE | 0.22 | 0.06 | 0.07 |
Meizu | 0.18 | 0.08 | 0.07 |
OnePlus | 0.16 | 0.11 | 0.13 |
Vivo | 0 | 0.06 | 0.06 |
Motorola | 0.11 | 0.04 | 0.04 |
Oppo | 0.04 | 0.08 | 0.09 |
Hisense | 0.09 | 0.04 | 0.04 |
General Mobile | 0.08 | 0.03 | 0.03 |
0.03 | 0.04 | 0.07 | |
Asus | 0.03 | 0.04 | 0.02 |
Micromax | 0.06 | 0.01 | 0.01 |
Ulefone | 0.04 | 0.01 | 0.01 |
Casper | 0.02 | 0.01 | 0.01 |
Umidigi | 0.01 | 0.01 | 0.01 |
Vestel | 0.01 | 0.02 | 0.01 |
Digər | 0.09 | 0.05 | 0.04 |