10 C
Baku
Thursday, December 12, 2024

“Apple” son üç ildə ilk dəfə rekord gəlir itirə bilər – “Financial Times”

“Apple”ın Çində yerləşən istehsal müəssisəsi kütləvi koronavirus dalğası fonunda təhlükə altındadır. Təchizat zəncirinin idarə edilməsi üzrə ekspertlər iPhone smartfonlarının təqdimat planlarının təxirə düşəcəyi ilə bağlı xəbərdarlıq edirlər və şirkətin dördüncü rüb üzrə gəlirlərinin 3.5 ildə ilk dəfə azalacağını istisna etmirlər.

Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

Oktyabrın sonundan bəri Çin yeni koronavirus dalğası ilə üzləşib. Bununla əlaqədar olaraq, “Foxconn”un Çjençjou şəhərində “Apple” smartfonlarını yığan ən böyük zavodunda ciddi karantin tədbirləri tətbiq edilib və bu, işçilərin kütləvi və şiddətli etirazlarına səbəb olub. “Foxconn” istehsalının bir hissəsini ölkədəki digər zavodlara köçürüb, “Apple” isə tədarükləri sürətləndirmək üçün komponent təchizatçıları ilə danışıqlar aparmağa başlayıb.

İndi Çin COVID-ə qarşı “sıfır dözümlülük” siyasətini ləğv etməyə başladığından, “Apple” yeni uzunmüddətli risklə – ölkədəki fabriklərdə, zavodlarda, anbarlarda və digər logistika obyektlərində mümkün işçi çatışmazlığı ilə üzləşir, “Financial Times yazır”.

Analitiklər şirkətin 2022-ci ilin dördüncü rübündəki gəlirinin bir il əvvəl əldə etdiyi rekord 123.9 milyard dollardan aşağı olacağı ilə razılaşırlar. “Visible Alpha”ya görə xalis mənfəət isə 8%-dən çox azalacaq (2021-ci ilin dördüncü rübündə bu, 34,6 milyard dollar təşkil edib). “FT” xatırladır ki, “Apple” ardıcıl olaraq 14 rüb və ya 3.5 il ərzində maliyyə rekordları vurub.

Son xəbərlər
Digər xəbərlər