-3 C
Baku
Sunday, December 15, 2024

“Apple” süni intellekt funksiyalarının tətbiqini təxirə salıb

“Bloomberg” məlumatlı mənbələrə istinadən yazır ki, “Apple” səhvləri düzəltmək üçün süni intellekt funksiyalarının tətbiqini oktyabr ayına qədər təxirə salıb.

Beləliklə, “Apple Intelligence” iOS 18 və iPadOS 18 əməliyyat sistemlərinin buraxılmasından bir neçə həftə sonra əlçatan olacaq. Əvvəllər “Apple Intelligence” şirkətinin sentyabrda təqdim edəcəyi yeni smartfon və planşetlərdə istifadəyə veriləcəyi planlaşdırılırdı.

Şirkət iyunun 10-da Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) “Apple Intelligence”in buraxıldığını elan edib. Söhbət generativ neyron şəbəkələrinə əsaslanan texnologiyalardan gedir.

“Apple” səhmləri bazar öncəsi ticarətdə bir qədər ucuzlaşaraq 217.08 dollara satılıb.

Son xəbərlər
Digər xəbərlər