26 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Apple” tələbin düşməsi səbəbindən “AirPods” istehsalını 25-30% azaldır

Screen Shot 2021 09 02 at 14.34.20

“Apple” korporasiyası tələbin düşməsi səbəbindən “AirPods” istehsalını 25-30% azaldır. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət bir neçə ildir ki, “Samsung”, “Huawei” və “Xiaomi” ilə rəqabət fonunda bazardakı payını itirir.

2021-ci ildə şirkət 75-85 milyon simsiz “AirPods” buraxacaq. Qeyd edək ki, daha əvvəl bu göstəricinin 110 milyon olacağı gözlənilib. Ümumiyyətlə, qulaqlıqlara tələb keçən ilin ikinci və üçüncü rübündə azalmağa başlayıb.

Oktyabr ayında “Bloomberg” agentliyi “Apple”ın 2021-ci ildə “AirPods” xəttini yeniləcəyini və baza modelinə dəyişikliklər edəcəyini yazıb. “Counterpoint” analitika şirkətinin verdiyi məlumata görə, 2018-ci ildə “Apple”ın simsiz qulaqlıqlar bazarındakı payı 60%-dən 46%-dək düşüb. Onun çinli rəqibi “Xiaomi” isə payını 6%-dən 10%-dək artırıb.

2020-ci ildə “Apple” istehsal etdiyi bütün “AirPods”ları sata bilməyib. Bəzi mənbələr şirkətin 80-90 milyon cüt qulaqlıq sifariş etdiyini və onlardan yalnız 72.8 milyonunu satdığını iddia edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər