6 C
Baku
Wednesday, February 5, 2025

“Apple” tədbirlərin təşkili üçün “Invites” proqramını təqdim edib

“Apple” dəvətlərin yaradılması və tədbirlərin təşkili üçün “Invites” proqramını təqdim edib. Bu proqramın köməyi ilə siz bayram tədbirlərinə “fərdiləşdirilmiş” dəvətlər yarada və onları qonaqlarınıza göndərə bilərsiniz.

“Invites” dəvətin fonunu fərdiləşdirməyə imkan verir. Bunun üçün smartfon qalereyasından şəkil seçmək və ya “Image Playground” süni intellekt texnologiyası vasitəsilə yeni şəkil yaratmaq mümkündür.

Dəvət qonağa link şəklində göndərilir. Siz iştirakınızı “Invites” proqramını quraşdırdığınız iPhone və ya istənilən cihazdan brauzer vasitəsilə təsdiqləyə bilərsiniz. Dəvətlərə həmçinin “Hava” və “Xəritələr” tətbiqlərindəki məlumatları əlavə etmək mümkündür.

Tətbiq iOS 18 və daha yeni əməliyyat sistemli cihazlarda işləyir. Dəvətləri yalnız iCloud‌+ abunəçiləri (ayda 1 dollara başa gəlir) yarada bilər. Qonaqlar üçün bütün funksiyalar pulsuzdur.

Son xəbərlər
Digər xəbərlər