Apple şirkəti məşhur qulaqlıq istehsalçısı olan Beats Electronics və online musiqi xidməti olan Beats Music şirkətlərini əldə etdi. Qeyd edək ki, müqavilənin dəyəri 3 milyard dollar təşkil edir. Bu haqda məlumat Apple şirkətinin rəsmi olaraq verdiyi məlumatlara istinadən verilmişdir.
Beats şirkəti qulaqlıqlarla yanaşı, akustik sistemlər və audioproqramlar da istehsal edir. Müqavilənin ümumi dəyəri 3 milyard dollar təşkil edir və bu məbləğin 2,6 milyardı alış zamanı, geri qalan məbləğ isə növbəti bir neçə il ərzində ödəniləcək. Apple şirkəti müqaviləni sentyabrda baş tutacaq özünün maliyyə ilinin dördüncü rübündə tamamlamaq istəyir. Qeyd edək ki, Beats şirkəti 2008-ci ildən etibarən qulaqlıq istehsalı ilə məşğul olmağa başlayıb.