“Apple”ın səhmlərinin qiyməti ilk dəfə 300 dollar həddini aşıb.
“Financial Times”ın verdiyi məlumata əsasən, yanvarın 2-də birjalar bağlandıqda ABŞ şirkətinin qiymətli kağızlarının dəyəri 2,3% artaraq, 300,35 dollar olub.
Qəzet bildirir ki, “Apple”ın bazar kapitallaşması 1,33 trln dollara çatır. Kapitallaşma üzrə ikinci yerdə isə 1,23 trln dollarla “Microsoft” gəlir.
Məlumata əsasən, “Apple”ın səhmləri ilk dəfə 2018-ci ilin avqustunda 200 dolları aşıb. Ümumilikdə, 2009-cu ildən şirkətin səhmlərinin dəyəri təxminən on dəfə artıb.
Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında “Apple” smartfonlarının yeni modellərini buraxıb: “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone 11”. Yeni qacetların təqdimatından sonra şirkətin kapitallaşması 1 trilyon dolları aşıb. Oxu.az