“Apple” texnologiya şirkətlərinə güzəştə getməyə razılıq verib

“Apple” Covid-19 fonunda onlayn-tətbiqlərdə 30%-lik komissiyanı ləğv edəcək.

Banker.az xəbər verir ki, bu barədə “The Verge” məlumat verib. Bildirildiyi kimi, komissiya 2020-ci ilin sonunadək ləğv ediləcək.

Xatırladaq ki, avqust ayında “Facebook” bir neçə ölkədə onlayn-tədbirlər xidmətini işə salmışdı.

Sosial şəbəkə 2021-ci ilin avqust ayına qədər xidmət üçün komissiya almayacağını bildirsə də, iOS-tətbiqləri daxilindəki ödəmələrə 30% komissiya tətbiq ediləcək. Nəticədə “Facebook” “Apple”ı pandemiya zamanı kiçik biznesə kömək etmək istəməməkdə günahlandırıb.

İndi isə “Apple” güzəştə gedərək, “Facebook”a ödəmələri Facebook Pay vasitəsi ilə həyata keçirməyə icazə verib. Eyni güzəştlər həmçinin “Airbnb” və “ClassPass” şirkətlərinə də tətbiq olunub. Bununla yanaşı, oyun inkişaf etdiriciləri üçün belə bir şərait yaradılmayacaq.

“Facebook”un sözçüsü söyləyib edib ki, “Apple” şirkətlərə yalnız “qısa möhlət” verməyə razılıq verib və bu “möhlət” sona çatandan sonra onlar App Store-da yenidən 30% komissiya ödəməyə məcbur olacaqlar.

Qeyd edək ki, “Apple” müntəzəm olaraq “Facebook”u sosial şəbəkədəki gizlilik problemi ilə əlaqədar tənqid edir, “Facebook” isə öz növbəsində “Apple”ı inkişafetdiricilərin hüquqlarını pozmaqda ittiham edir.

Sentyabr ayında bir neçə böyük texnologiya şirkəti koalisiyaya birləşərək, “Apple”dan “ədalətliliyi” bərpa etmək üçün App Store-dakı 30%-lik komissiyanın ləğv edilməsini tələb edib.