11 C
Baku
Tuesday, April 15, 2025

“Apple” Trampın tarifləri səbəbindən $640 milyard dəyər itirib

“Apple” səhmləri ABŞ-də üç ticarət sessiyası zamanı 19% ucuzlaşıb ki, bu da şirkətin kapitallaşmasının 638 milyard dollar azalmasına səbəb olub.

Aprelin 7-də ticarət gününün sonunda “Apple”ın kapitallaşması 2,73 milyard dollar təşkil edib. Ticarətin sonuna səhmlərin qiyməti 181,46 dollara (-3,7%) düşüb.

Analitiklərin fikrincə, “Apple” ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsindən ən çox təsirlənən şirkətdir. Bu, Çindən gələn tədarüklə əlaqəlidir, çünki oradan idxal olunan mallara 54% rüsum tətbiq edilib. “Apple”ın Hindistan, Vyetnam və Tailandda istehsal müəssisələri var, lakin Tramp bu ölkələrə də yüksək tariflər tətbiq edib, CNBC xatırladır. Nəşr qeyd edir ki, “Apple” tarif vəziyyəti ilə bağlı şərh verməkdən imtina edib.

Bildirilir ki, “Apple” çox güman ki, tariflər qüvvəyə minəndə ya məhsullarının qiymətlərini artırmalı, ya da əlavə xərclərin bir hissəsini öz üzərinə götürməli olacaq.

Son xəbərlər
Digər xəbərlər